Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Sumqayıt” daha bir əcnəbi oyunçu aldı

0

  • 2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.Klubdan Lent.az-a bildirilib ki, komanda Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Sulimanı heyətinə qatıb. Klub onunla iki illik müqavilə imzalayıb.İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    Bölməİdman
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    “sumqayıt” daha bir əcnəbi oyunçu aldı

    Maraqlı gələ bilər
    51
    39
    45
    68